Bakı. Trend:
ABŞ-ın Virciniya sinfinə aid "Missouri" nüvə sualtı qayığı Cənubi Koreyanın Busan şəhərinə çatıb.
Trend xəbər verir ki, sualtı qayığın gəlişi ABŞ və Cənubi Koreyanın müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək planları ilə əlaqələndirilir.
Qeyd edək ki, noyabrın 22-də ABŞ Hərbi Dəniz Qüvvələrinin Los-Anceles sinfinə aid "Santa Fe" nüvə sualtı qayığı Cənubi Koreyanın Ceju adasındakı hərbi dəniz bazasına gəlib.