...

Rusiya ordusunda hərbçilərin sayı 1,5 milyon nəfərə çatdırılacaq

Dünya xəbərləri Materials 19 Dekabr 2023 17:33 (UTC +04:00)
Rusiya ordusunda hərbçilərin sayı 1,5 milyon nəfərə çatdırılacaq
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ordusunda hərbçilərin sayı 1,5 milyon nəfərə çatdırılacaq.

Trend xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiyasının geniş tərkibli iclasında deyib.

"Xarici təhdidlərə müvafiq olaraq silahlı qüvvələrin tərkibi genişləndiriləcək və 1,5 milyon hərbçiyə çatdırılacaq", - o deyib.

Onun sözlərinə görə, bu gün Rusiya ordusu döyüş şəraitində sınanmış qabaqcıl silahlara malik ən hazırlıqlı və döyüş qabiliyyətli ordudur.

Şoyqu Rusiya ordusunda hərbçilərin və dənizçilərin sayının 1 milyon 150 min nəfərə, müqavilə əsasında orduya cəlb olunanların sayının isə 745 min nəfərə çatdırılacağını bildirib.

Müdafiə naziri Rusiyada sanksiyalara baxmayaraq, NATO ölkələri ilə müqayisədə, daha çox yüksək texnologiyaya malik silahların istehsal olunduğunu qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti