Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 13-cü və 14-cü sanksiyalar paketini hazırlamağa başlayıb.
Trend xəbər verir ki, bu barədə Avropa Parlamentinin çexiyalı deputatı Tomaş Zdexovski məlumat verib.
O, sanksiyaların tezliklə üzv ölkələrə təqdim olunacağını bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini bu gün təsdiqləyib. Sanksiyalar paketinə həmçinin, Rusiyadan zərgərlik məqsədilə almaz tədarükünün qadağan edilməsi də daxil olub.