...

İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək

Dünya xəbərləri Materials 21 Dekabr 2023 20:36 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi İmran Xanın vəkilinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Bir qədər əvvəl keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlanıldığı həbsxanada keçirilib.

Xəbər lenti

Xəbər lenti