...

ABŞ-də COVID-19-un yeni ştammına yoluxma halları ARTIB

Dünya xəbərləri Materials 25 Dekabr 2023 21:00 (UTC +04:00)
ABŞ-də COVID-19-un yeni ştammına yoluxma halları ARTIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də yeni “JN.1” ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, “JN.1” ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib.

Məlumata görə, “JN.1”in “Omikron” ştammının yarımnövü olduğu aydınlaşdırılır.

“Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri (“JN. 1” üçün) “Delta” dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük”, - deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin “Veksner” Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.

O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti