...

Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb - Lukaşenko

Dünya xəbərləri Materials 26 Dekabr 2023 19:19 (UTC +04:00)
Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb - Lukaşenko
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya nüvə silahlarının Belarusa çatdırılması başa çatıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti zamanı deyib.

O bildirib ki, bu proses uzun müddət əvvəl yekunlaşıb.

"Hər şey öz yerində, yaxşı vəziyyətdədir" - deyə Lukaşenko əlavə edib.

Qeyd edək ki, dekabrın 25-də Avrasiya İqtisadi İttifaqı liderlərinin məhdud tərkibdə görüşü keçirilib.

Məhdud tərkibdə görüş media üçün qapalı olub. Avrasiya İqtisadi İttifaqı liderləri bağlı qapılar arxasında danışıqlar aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti