Bakı. Trend:
İran və Rusiya 2024-cü ilin birinci rübündə valyuta sazişi imzalamağı planlaşdırır.
Trend ISNA agentliyinə istinadən xəbər verir ki, bunu İran Mərkəzi Bankının sədri Məhəmməd Reza Farzin deyib.
Onun sözlərinə görə, gələn ilin birinci rübündə İranla Rusiya arasında valyuta sazişi imzalanacaq.
Qeyd edək ki, bir qədər əvvəl "Sberbank" ilə "Bank Melli Iran" arasında birinci dərəcəli zərurət kəsb edən Rusiya məhsullarının İrana idxalı üçün 6,5 milyard Rusiya rublu dəyərində kredit xəttinin ayrılması barədə razılıq əldə olunub.