...

Türkiyənin Qazaxıstana sement ixracı 12 milyon dolları ötüb

Dünya xəbərləri Materials 9 Yanvar 2024 17:21 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qazaxıstana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz artıraraq 12,9 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Qazaxıstana sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 92,1 faiz artıraraq 1,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara çatıb.

Bu ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 19,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 4,6 milyard dollar məbləğində sement ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti