...

Almaniyada inflyasiyanın səviyyəsi artıb

Dünya xəbərləri Materials 11 Yanvar 2024 02:34 (UTC +04:00)
Almaniyada inflyasiyanın səviyyəsi artıb

Bakı. Trend:

Ötən ilin dekabrında Almaniyada inflyasiyanın səviyyəsi artıb.

Trend xəbər verir ki, səbəb onda idi ki, 2022-ci ilin elə həmin ayında almanların əksəriyyəti hökumət tərəfindən ayrılan subsidiyalar sayəsində istilik üçün vəsait xərcləmədilər.

Ardıcıl beş enmədən sonra Almaniyada ilk dəfə olaraq inflyasiya dekabrda artdı. Federal Statistika İdarəsinin ilkin dəyərləndirməsinə görə, məhsullar və xidmətlər bir il əvvəlki dövrlə müqayisədə orta hesabla 3,7 faiz bahalaşıb. Noyabrda inflyasiyanın səviyyəsi 3,2 faizədək aşağı düşərək, son iki il yarım ərzində ən aşağı göstərici oldu. Halbuki iqtisadçılar 3,7 faizədək artım gözləyirdilər. 2023-cü il ərzində inflyasiya bütövlükdə 5,9 faiz təşkil edirdi və bu da böyüklüyünə görə birləşmədən sonra ikinci göstərici idi, 2022-ci ildə nail olunan 6,9 faiz göstəricidən geri qalırdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti