...

Şimali Koreya ballistik raketi sınaqdan keçirib

Dünya xəbərləri Materials 15 Yanvar 2024 06:25 (UTC +04:00)
Şimali Koreya  ballistik raketi sınaqdan keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya şübhəli ballistik raket buraxıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yaponiya patrul gəmiləri bölgədəki gəmiləri onlara yaxınlaşmamağa və raket qalıqları aşkar etdikdə dərhal səlahiyyətli qurumlarla əlaqə saxlamağa çağırıb.

Mühafizə xidməti raketin çox güman ki, artıq düşdüyünü bildirib.

Balistik raket orta mənzilli raketlər sinfinə aiddir.

Bundan əvvəl agentlik Şimali Koreyanın bu il ilk dəfə olaraq ballistik raket buraxdığını bildirib. 18 dekabr 2023-cü ildə bərk yanacaqla işləyən “Hwasong-18” qitələrarası ballistik raket buraxıldı.

Bundan əvvəl Seul naməlum tipli ballistik raketin buraxılması barədə məlumat vermişdi.

Koreya Respublikasının müdafiə naziri Şin Von-sik daha əvvəl bildirmişdi ki, KXDR yanvarda yeni bərk yanacaqlı orta mənzilli ballistik raketi sınaqdan keçirə bilər. Orta mənzilli ballistik raketlər Pxenyandan buraxıldıqda Amerika bazalarının yerləşdiyi Quama çata bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti