...

Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı

Dünya xəbərləri Materials 31 Yanvar 2024 00:05 (UTC +04:00)
Böyük Britaniya səfiri İran XİN-ə çağırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın səfiri Saymon Şerklif baş nazir Rişi Sunakın anti-İran kimi qiymətləndirilən şərhlərindən sonra İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb .

Bəyanatda deyilir: “Britaniya rejiminin İran İslam Respublikasına qarşı iddialarını davam etdirməsi səbəbindən, Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şeyrkliff bu gün günortadan sonra Qərbi Avropanın baş direktoru tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb və kəskin etiraz edilib”.

Bundan əvvəl Sunak Yaxın Şərqdəki gərginlikdən narahat olduğunu bildirərək , İraqın şiə İslami Müqavimət Hərəkatının iddia etdiyi ABŞ-ın Suriya – İordaniya sərhədindəki bazasına zərbə endirdikdən sonra İranı gərginliyi azaltmağa çağırıb .

O, Londonun Yaxın Şərqdə sabitliyin və sülhün təmin edilməsi istiqamətində öz müttəfiqlərini dəstəklədiyini və bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğulayıb . Böyük Britaniya bu cür dron hücumlarını “qətiyyətlə pisləyir”, ölkənin baş naziri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti