...

Londonda yandırıcı maddənin səpilməsi nəticəsində 9 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 1 Fevral 2024 07:42 (UTC +04:00)
Londonda yandırıcı maddənin səpilməsi nəticəsində 9 nəfər xəsarət alıb

Bakı. Trend:

Londonun cənubundakı Klapem rayonunda yandırıcı maddənin hava səpilməsi nəticəsində 9 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları bir qadın və iki uşağa təcili tibbi yardım göstərib.

Səkkiz nəfərin xəstəxanaya yerləşdirildiyi, onlardan üçünün yüngül xəsarətlər alan polis əməkdaşı olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəbini araşdırır və naməlum maddəni səpələməkdə şübhəli bilinən şəxsi axtarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti