...

Türkiyədə yük qatarı relsdən çıxdı: yaralılar var (FOTO)

Dünya xəbərləri Materials 2 Fevral 2024 15:05 (UTC +04:00)
Türkiyədə yük qatarı relsdən çıxdı: yaralılar var (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Kırıkkale şəhərində yük qatarı relsdən çıxaraq aşıb.

Trend bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər yaralanıb.

Hadisə Ankara-Kırıkkale dəmir yolunda baş verib. Qatar relslərinin üzərindəki istinad divarının uçması nəticəsində dolğu materialı relslərin üzərinə axıb.

Hadisə yerinə xilasedicilər və polis əməkdaşları cəlb olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti