...

İstanbulda məhkəmə qarşısındakı terror aktına görə yeni həbslər üçün orderlər verildi

Dünya xəbərləri Materials 7 Fevral 2024 23:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda məhkəmə binası yaxınlığında törədilən terror aktı ilə bağlı saxlanılanların ümumi sayı 90-a çatıb.

Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, polis şübhəlilərin yaşayış yerlərində reydlər keçirib.

Terror aktı ilə bağlı istintaqın davam etdirilməsi və onu törədən şəxslərin əlaqələrinin müəyyənləşdirilməsi ilə əlaqədar İstanbul Baş Prokurorluğu tərəfindən yeni həbslər üçün orderlər verilib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, iş üzrə şübhəli şəxslərin tutulması istiqamətində əməliyyatlar davam etdiriləcək.

Qeyd edək ki, bu gün Türkiyənin İstanbul şəhərində Çağlayan Məhkəməsinin C qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib. 1-i qadın və 1-i kişi olmaqla, 2 terrorçu öldürülüb. Zərərləşdirilən E.Y. və P.B adlı şəxslərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Hücum zamanı 3-ü polis, 3-ü vətəndaş olmaqla 6 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti