...

Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri təhvil veriləcək - Ərdoğan

Dünya xəbərləri Materials 23 Fevral 2024 01:55 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinə ilk yerli beşinci nəsil döyüş təyyarələri təhvil veriləcək - Ərdoğan

Bakı. Trend:

Türkiyənin istehsal etdiyi beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib.

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti