...

Misir və BƏƏ 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıblar

Dünya xəbərləri Materials 24 Fevral 2024 00:30 (UTC +04:00)

Bakı. Trend:

Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Aralıq dənizi sahilində “Ras əl-Hikmə” kurortunun tikintisinə dair 35 milyard dollar dəyərində investisiya sazişi imzalayıblar.

Trend xəbər verir ki, müqaviləyə əsasən, Misir tərəfi kurortun gəlirlərinin 35 faizini almaq hüququna malik olacaq.

“Rəs əl-Hikmə”nin tikintisi Misir və BƏƏ arasında əməkdaşlıq tarixində ən böyük layihədir: onun sahəsi nə az, nə çox 170,8 milyon kvadratmetr olacaq”, - deyə Misirin Baş naziri Mustafa Madbuli bildirib.

Madbuli əlavə edib ki, BƏƏ iki ay ərzində ölkəyə 35 milyard dollarlıq birbaşa investisiya ayıracaq.

Ərazidə beynəlxalq hava limanının tikintisi də planlaşdırılır. Madbuli hesab edir ki, kurort Misirə ən azı 8 milyon turist cəlb edəcək.

Qeyd edək ki, Ras əl-Hikmə qəsəbəsi Aralıq dənizinin sahilindəki Matruh əyalətində yerləşir. Bölgədəki çimərliklərin ümumi uzunluğu 50 kilometrə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti