...

Aİ-nin çirkli pulların yuyulması ilə mübarizə bürosu Frankfurtda yerləşəcək

Dünya xəbərləri Materials 24 Fevral 2024 03:40 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının çirkli pulların yuyulması ilə mübarizə bürosunun mənzil-qərargahı Almaniyanın Frankfurt-Mayn şəhərində yerləşəcək.

Trend xəbər verir ki, müvafiq qərar Avropa İttifaqına üzv 27 ölkə ilə Avropa Parlamenti tərəfindən qəbul edilib. Yeni orqanın mənzil qərargahına ev sahibliyi etmək uğrunda Frankfurtla yanaşı, Roma, Vyana, Vilnüs, Riqa, Dublin, Madrid, Brüssel və Paris şəhərləri də mübarizə aparırdı.

Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis yeni qurumun çirkli pullarla mübarizəni kökündən dəyişəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti