...

MDB Hökumət Başçıları Şurasının iclası bu ölkədə keçiriləcək

Dünya xəbərləri Materials 26 Fevral 2024 14:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının iclası bu il mayın 24-də Türkmənistanın Aşqabad şəhərində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Birliyə üzv dövlətlərin Səlahiyyətli Daimi Nümayəndələri Şurasının üzvləri fevralın 27-də Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək iclasda mayın 24-də Aşqabadda keçiriləcək MDB Hökumət Başçıları Şurasının iclasının gündəliyini nəzərdən keçirəcək.

Daimi Nümayəndələrin həmçinin, MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası və İqtisadi Şuranın iclaslarında nümayəndə heyətlərinin rəhbərləri tərəfindən irəli sürülmüş təşəbbüslərin reallaşdırılması üzrə yol xəritələrinin yol xəritəsinin icrasını müzakirə edəcəklər.

Xatırladaq ki, MDB Hökumət Hökumət Başçıları Şurasının son iclası ötən ilin oktyabr ayında Bişkekdə keçirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti