...

Aİ və NATO Ukraynaya qoşun göndərməyəcək - Almaniya kansleri

Dünya xəbərləri Materials 27 Fevral 2024 17:08 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) ölkələri və NATO Ukraynaya qoşun göndərməyəcək.

Trend xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts yerli telekanalın efirində deyib.

Şolts bu barədə razılaşmanın lap əvvəldən olduğunu və Qərbdə bu barədə yekdil fikir formalaşdığını vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl NATO-nun baş katibi Yens Stoltenberq İttifaqın Ukraynaya hərbçi göndərməyi planlaşdırmadığını bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron isə fransız hərbçilərin Ukraynaya döyüşə göndərilməsini istisna etməyib.

Bundan başqa, Makron Ukraynaya silah tədarükü üzrə yeni koalisiyanın yaradılacağını elan edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti