...

Dünyanın gözü İran seçkilərindədir – İranın Ali Lideri

Dünya xəbərləri Materials 1 Mart 2024 10:10 (UTC +04:00)
Dünyanın gözü İran seçkilərindədir – İranın Ali Lideri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya İranda keçirilən parlament və Ekspertlər Məclisi seçkilərinə diqqət yetirir.

Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün İranda keçirilən parlament və Ekspertlər Məclisi seçkilərində səsvermədən sonra verdiyi açıqlamada deyib.

Ə.Xameneinin sözlərinə görə, dünyada adi insanlardan tutmuş siyasi şəxsiyyətlər, müxtəlif dairələr bu seçkilərdə İran vətəndaşlarının seçimini və hansı nəticənin əldə olunacağını diqqət mərkəzində saxlayırlar.

İranın Ali Lideri bildirib ki, hər bir İran vətəndaşı hər bir seçki məntəqəsində lazımi sayda namizədə səs verməlidir. Misal üçün Tehranda Ekspertlər Məclisinə 16 nəfər seçilməlidir və bunun üçün 16 nəfərə səs verilsin. Yaxud parlamentdə 30 nəfər seçilməlidir və bunun üçün 30 nəfərə səs verilsin.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti