...

HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 3 Mart 2024 01:24 (UTC +04:00)
HƏMAS İsraillə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.

Trend-in məlumatına görə, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.

“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, - deyə Marzuk qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti