...

Cənubi Koreya və ABŞ hərbi təlimlərə başlayırlar

Dünya xəbərləri Materials 4 Mart 2024 04:06 (UTC +04:00)
Cənubi Koreya və ABŞ hərbi təlimlərə başlayırlar

Bakı. Trend:

Koreya Respublikası və ABŞ silahlı qüvvələri martın 14-dək davam edəcək “Freedom Shield” hərbi təlimlərinə başlayıb.

Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.

Koreya Respublikasındakı Amerika hərbi kontingentinin daha əvvəl bildirilib ki, təlim zamanı onlar quruda, dənizdə, havada və kiberməkanda addımları, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün “kosmik aktivlərdən” istifadəni məşq edəcəklər.

Təlimlərdə BMT Komandanlığına üzv olan 12 ölkənin nümayəndələri də müşahidəçi qismində iştirak edəcək. "Freedom Shield" təlimlərinə kompüter simulyasiyasından istifadə edərək "sahə və virtual məşqlər" daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti