...

Makron son açıqlamalarına görə tənqid olunub

Dünya xəbərləri Materials 5 Mart 2024 17:48 (UTC +04:00)
Makron son açıqlamalarına görə tənqid olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməklə bağlı son açıqlamalarına görə tənqid olunub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Qeyd olunub ki, Fransanın "Le Figaro" qəzetinin oxucularından biri bundan sonra heç kimin Makronu ciddi qəbul etməyəcəyini bildirib. Digər oxucu isə Fransa prezidenti üçün danışmazdan əvvəl düşünməyin çətin olduğunu yazıb.

"Maraqlıdır, o sabah nə deyəcək ki, birigün bu açıqlamanı təkzib etsin", - deyə başqa bir oxucu bildirib.

Digər bir oxucu isə Makronda gündən-günə hər şeyin dəyişdiyini deyib.

Xatırladaq ki, bir qədər əvvəl Fransa prezidenti Aİ ölkələri tərəfindən Ukraynaya silahlı qüvvələrin göndərilməsi ehtimalını istisna etməyib.

Martın 4-də Çexiyanın "Novinky" portalına və "Právo" qəzetinə müsahibəsində isə Makron Fransanın Ukraynaya yaxın gələcəkdə hərbçi göndərməyi planlaşdırmadığını deyib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti