...

Türkiyədə iki avtobus toqquşub - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 9 Mart 2024 12:07 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bartın şəhərində iki servis avtobusunun toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, eyni istiqamətdə gedən iki servis avtobusu toqquşaraq aşıb.

Hadisə yerinə çox sayda polis əməkdaşları və tibbi personal cəlb olunub.

Servis avtobuslarından birinin sürücüsü hadisə yerində ölüb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hadisə ilə bağlı istintaq başladılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti