...

Fransada dustaqlara narkotik vasitə ötürən həbsxana nəzarətçiləri saxlanılıb

Dünya xəbərləri Materials 15 Mart 2024 06:32 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Sen və Marn departamentindəki həbsxananın 6 nəzarətçisi saxlanılıb.

Trend-in məlumatına görə, onlar dustaqlara narkotik vasitə, spirtli içki və mobil telefon ötürməkdə ittiham olunurlar. Şübhəli şəxslərin bəzi dustaqlarla 2022-ci ilin oktyabrından qanunsuz əlaqələr qurduğu müəyyən edilib. Onların əməlləri penitensiar xidmətə edilən şikayət nəticəsində üzə çıxıb.

Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti