...

BMT Qəzza zolağında 13 mindən çox uşağın həlak olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 18 Mart 2024 17:09 (UTC +04:00)
BMT Qəzza zolağında 13 mindən çox uşağın həlak olduğunu açıqlayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

7 oktyabr 2023-cü il tarixində İsrail-Həmas münaqişəsi başlayandan indiyədək hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında yaşayan 13 mindən çox uşaq həlak olub.

Trend xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel "CBS" teleşirkətinə müsahibəsində deyib.

"İndiyədək 13 mindən çox uşaq həlak olub, bu həqiqətən dəhşətli rəqəmdir", - deyən Rassel daha min yeniyetmənin yaralandığını və ya dağıdılmış binaların altında qaldığını əlavə edib.

Qeyd edək ki, martın 17-də Fələstin anklavının Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, 2023-cü il oktyabrın 7-də hərbi əməliyyatlar başlayandan indiyədək 31,6 mindən çox fələstinli həlak olub, yaralananların sayı isə 73,6 mini ötüb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti