...

Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan yalan xəbərləri təkzib edib

Dünya xəbərləri Materials 18 Mart 2024 16:48 (UTC +04:00)
Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan yalan xəbərləri təkzib edib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan şaiyələri təkzib edib.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya kralının dəftərxanasından "TASS" agentliyinə bildiriblər.

"Sevinərək bildiririk ki, kral öz vəzifə öhdəliklərini icra etməyə və xüsusi işləri ilə məşğul olmağa davam edir", - məlumatda deyilir.

Qeyd edək ki, bir qədər əvvəl bəzi KİV Böyük Britaniya kralı III Çarlzın öldüyü barədə xəbər yaymışdı.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti