...

Yanvar-fevral aylarında Xorvatiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 19 Mart 2024 11:03 (UTC +04:00)
Yanvar-fevral aylarında Xorvatiyadan Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-fevral aylarında Xorvatiyadan Türkiyə limanlarına 199 min 966 ton yük daşınıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Xorvatiyadan limanlara 30 min 786 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 169 min 180 ton yük çatdırıb.

Bu müddət ərzində Xorvatiya bayraqlı gəmilərlə Türkiyə limanlarına yük çatdırılmayıb. 2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarına Xorvatiyadan 115 min 255 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin fevral ayında Türkiyə limanları 32 milyon 794 min 263 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 368 min 96 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 1 milyon 262 min 436 ton olub.

Bununla yanaşı, 2024-cü ilin fevral ayında Türkiyə limanlarından 5 milyon 926 min 868 ton tranzit yük daşınıb.

Məlumata görə, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 66 milyon 27 min 67 ton yük qəbul edib.

“2024-cü ilin yanvar-fevral aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 4 milyon 739 min 472 ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 61 milyon 287 min 595 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, 2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanlarından 11 milyon 157 min 744 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin fevral ayında Türkiyə limanları 4 min 531 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 437, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 94 olub.

2024-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 883 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 6 min 47, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 836 olub.

Xəbər lenti

Xəbər lenti