Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri AGM-183 hava-yer tipli hipersəs raketini uğurla sınaqdan keçirib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin yaydığı məlumatda deyilir.
Hipersəs raketin buraxılışı Sakit okeanın Quam adasındakı Amerikanın Andersen Hərbi Hava Qüvvələri bazasından havaya qalxan B-52 strateji bombardmançı təyyarəsindən həyata keçirilib.
ABŞ Hərbi Hava Qüvvələri sınaq buraxılışının təfərrüatlarını dərc etməyəcəyini vurğulayaraq bunun "hipersəs silah proqramının əhatə dairəsini genişləndirmək" məqsədi daşıdığını qeyd edib.