...

Crocus City Hall konsert zalında baş verən atışmanın təfərrüatı məlum olub

Dünya xəbərləri Materials 22 Mart 2024 22:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş silahlı hücumun təfərrüatı məlum olub

Trend xəbər verir ki, kamuflyajlı adamlar, ən azı üç nəfər "Crocus City Hall" binasının ərazisinə soxularaq avtomatlardan atəş açıblar.

Bundan sonra onlar qumbara atıblar və bu da yanğına səbəb olub.

Zaldakı insanlar güllələnmədən xilas olmaq üçün yerə uzanıb, çölə çıxmağa başlayıblar.

Qeyd edək ki, bu gün Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da insanlara atəş açılıb.

"Crocus City Hall"da baş verən atışma nəticəsində 50-yə yaxın insan yaralanıb, 15-dən çox insan həlak olub.

Xəbər lenti

Xəbər lenti