...

“Crocus City Hall” terror aktından sonra (FOTOLAR)

Dünya xəbərləri Materials 23 Mart 2024 09:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə terror aktının baş verdiyi "Crocus City Hall"ın ərazisindəki vəziyyəti əks etdirən görüntülər yayılıb.

Trend xəbər verir ki, görüntülərdə faciənin baş verdiyi ərazidə FHN briqadalarının hələ də çalışdığı aydın olur.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.

Xəbər lenti

Xəbər lenti