...

Braziliyada supermarketin damı uçub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 24 Mart 2024 07:53 (UTC +04:00)
Braziliyada supermarketin damı uçub, ölən və yaralananlar var

Bakı. Trend:

Braziliyanın cənubundakı Pontal-du-Parana şəhərində supermarketin damı uçub. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə yerli yanğınsöndürmə idarəsi məlumat yayıb.

Faciə yüzlərlə insanın açılış mərasiminə qatıldığı “Super Rede Atacadista” supermarketində baş verib.

Supermarketin su çənləri damın uçmasına səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti