...

Qəzza zolağında ölənlərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 26 Mart 2024 20:41 (UTC +04:00)
Qəzza zolağında ölənlərin sayı açıqlanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən ilin oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 32 414-ə yüksəlib.

Trend-in məlumatına görə, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib ki, Qəzza zolağında 74 787 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti