Bakı. Trend:
Finlandiyanın Vantaa şəhərinin Viertola rayonunda yerləşən məktəbdə baş verən atışma nəticəsində 12 yaşlı yeniyetmə ölüb, digər iki yeniyetmə yaralanıb.
Trend xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.
xxx
13:16
Finlandiyada Vantaa şəhərinin Viertola rayonunda yerləşən məktəbdə atışma olub.
Trend xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində 3 yeniyetmə xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırma davam edir.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin də yeniyetmə olduğu qeyd edilib.