...

Kreml ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü dəyərləndirmək üçün İrəvanın rəsmi açıqlamasını gözləyir

Dünya xəbərləri Materials 5 Aprel 2024 14:36 (UTC +04:00)
Kreml ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü dəyərləndirmək üçün İrəvanın rəsmi açıqlamasını gözləyir
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşünü dəyərləndirmək üçün İrəvanın rəsmi açıqlamasını gözləyir.

Trend xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Onun sözlərinə görə, Kreml hələ ki, Brüsseldəki görüşün gündəliyindən xəbərdar deyil.

"Gəlin, Ermənistan tərəfinin açıqlamasını gözləyək, görək onlar Trans Atlantika inteqrasiyası mövzusunun müzakirəsi deyəndə nəyi nəzərdə tutur", - Kreml nümayəndəsi deyib.

Qeyd edək ki, aprelin 5-də Brüsseldə ABŞ-Aİ-Ermənistan üçtərəfli görüşü keçirilir.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan iştirak edir.

Bundan başqa, görüşə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də qatılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti