...

Mozambik sahillərində qayığın batması nəticəsində 91 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Aprel 2024 06:37 (UTC +04:00)
Mozambik sahillərində qayığın batması nəticəsində 91 nəfər ölüb

Bakı. Trend:

Mozambikdə balıqçı qayığının həddindən artıq yüklənməsi səbəbindən batması nəticəsində azı 91 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "AFP" agentliyi yerli hakimiyyətə istinadən bildirib.

Məlumata əsasən, gəmidə 130 nəfər olub. Nampula vilayətinin dövlət katibinin sözlərinə görə, gəmi həddindən artıq yüklənib və sərnişin daşımaq üçün uyğun deyildi. Onun sözlərinə görə, yayılan vəba epidemiyası ilə bağlı yalan məlumat səbəbindən gəmidə çaxnaşma başlayıb, sərnişinlərin əksəriyyəti quruya çıxmağa çalışıb.

Dövlət katibi ölənlər arasında bir neçə uşağın olduğunu deyib. Xilasedicilər beş nəfəri sağ çıxarıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti