...

Yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 4 milyard dollar olub

Dünya xəbərləri Materials 9 Aprel 2024 14:42 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 4 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

"Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Xəbər lenti

Xəbər lenti