...

Cənubi Koreya parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 10 Aprel 2024 02:46 (UTC +04:00)
Cənubi Koreya parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Cənubi Koreya parlament seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, Cənubi Koreya vətəndaşları aprelin 10-u Milli Assambleyanın (parlament) yeni tərkibini seçmək üçün seçki məntəqələrinə gediəcəklər.

Seçki məntəqələri yerli vaxtla saat 06:00-da açılıb, vətəndaşlar saat 18:00-a qədər səs verə biləcəklər. Onlar 300 deputat seçəcəklər. Onlardan 254-ü birbaşa seçilir, digər 46 mandat isə aldıqları səslərin ümumi sayına görə partiyalar arasında bölüşdürüləcək.

Əsas mübarizə əvvəlki seçkilərdən sonra azlıq hökuməti formalaşdıran Xalqın Gücü partiyası ilə hazırda parlamentdəki 300 yerdən 142-nə sahib olan Demokrat Partiyası arasında gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti