...

KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi - Paşinyan

Dünya xəbərləri Materials 10 Aprel 2024 11:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

KTMT sülhməramlılarının yerləşdirilməsi Ermənistanda marionet hökumətin yaradılmasına gətirib çıxara bilərdi.

Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"KTMT müşahidəçiləri Ermənistana müttəfiq yox, sülhməramlı kimi gələcəkdilər. Beləliklə, Ermənistan özünün təhlükəsizlik təminatları sistemindən kənarda qalacaqdı", - o vurğulayıb.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" qəzetinə müsahibəsində deyib ki, Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), bizim qiymətləndirməmizə görə, Ermənistan Respublikası qarşısında təhlükəsizlik öhdəliklərini, xüsusən 2021-2022-ci illər ərzində yerinə yetirməyib”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, 2023-cü ilin sentyabrından Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur.

"Biz KTMT-nin yüksək səviyyəli danışıqlarında iştirak etmirik. Biz KTMT-nin qərarlarını bloklamırıq, lakin qərarların qəbulunda da iştirak etmirik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti