...

Niderland Tehran səfirliyini bağlayır

Dünya xəbərləri Materials 13 Aprel 2024 12:21 (UTC +04:00)
Niderland Tehran səfirliyini bağlayır
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland 14 apreldə İranın Tehran şəhərindəki səfirliyini və İraqın Ərbil şəhərindəki konsulluğunu ehtiyat tədbiri olaraq bağlayacaq.

Trend-in məlumatına görə, bu haqda Niderland Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN bu qərarı İran və İsrail arasında artan gərginliyə görə verdiyini elan edib.

Nazirlik müvafiq konsulluq idarələrinin bazar ertəsi günü fəaliyyət göstərib-göstərməyəcəyinə bazar günü qərar verəcəyini bildirib.

Qeyd edək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb. Həmin vaxtdan sonra İran və İsrail arasında gərginlik artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti