...

Yanvar-mart aylarında Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı 30 milyon dolları ötüb

Dünya xəbərləri Materials 13 Aprel 2024 15:29 (UTC +04:00)
Yanvar-mart aylarında Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı 30 milyon dolları ötüb

Bakı. Trend:

2024-cü ilin yanvar- mart aylarında Türkiyənin Türkmənistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azalaraq, 31,8 milyon dollara çatıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə Türkmənistana9,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 35,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar- mart aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 faiz azalaraq 4 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 1,5 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,9 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023- mart 2024) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti