...

ABŞ prezidenti İranın İsrailə hücumu ilə bağlı milli təhlükəsizlik komandası ilə görüşüb

Dünya xəbərləri Materials 14 Aprel 2024 04:48 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden İran və İsrail arasında son gərginlikdən sonra milli təhlükəsizlik komandası ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti "X" sosial şəbəkəsində yazıb.

"Mən indicə İranın İsrailə hücumları ilə bağlı yenilənən məlumatı almaq üçün milli təhlükəsizlik komandamla görüşdüm. İran və onun müvəkkillərinin təhdidlərindən İsrailin təhlükəsizliyinə sadiqliyimiz sarsılmazdır", - deyə C.Bayden qeyd edib.

Xəbər lenti

Xəbər lenti