...

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 18 Aprel 2024 12:40 (UTC +04:00)
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Məlumata görə, aprelin 18-də Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb.

Qeyd olunub ki, sözügedən təhlükəsizlik tədbiri Gürcüstan parlamentində "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin nəzərdən keçirilməsi ilə bağlıdır.

Xatırladaq ki, aprelin 17-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ilk oxunuşda qəbul edib.

Məlumata görə, 83 deputat qanun layihəsinin lehinə səs verib, müxalifət fraksiyasından olan deputatlar iclas zalını tərk ediblər.

Qanun xaricdən maliyyələşdirilən QHT və KİV-in xüsusi reyestrdə qeydiyyatdan keçməsini və hər il bəyannamə doldurmasını tələb edir.

Qeyd edək ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qüvvəyə minməsi üçün Gürcüstan parlamentinin deputatları onu hələ iki oxunuşda da qəbul etməlidir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti