Bakı. Trend:
Suriya ordusunun və "Milli Müdafiə Qüvvələri"nin ən azı 16 hərbi qulluqçusu Homs əyalətində terrorçuların hücumu nəticəsində həlak olub.
Trend-in məlumatına görə, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, hərbi avtobusda olan əsgərlər və yığma qoşun döyüşçüləri gecə saatlarında Əl-Teybe ərazisində magistral yolda “İslam Dövləti” terrorçu qruplaşmasının dəstəsi tərəfindən pusquya salınıb.
Hadisə yerinə gələn hökumətin xüsusi təyinatlı dəstəsi Suriya səhrasının dərinliklərinə çəkilən terrorçuları dəf edib.