...

Yanvar-mart aylarında Maltadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Dünya xəbərləri Materials 24 Aprel 2024 13:50 (UTC +04:00)
Yanvar-mart aylarında Maltadan Türk limanlarına 1 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Maltadan Türk limanlarına 1 milyon 210 min 930 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Maltadan limanlara 51 min 235 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 850 min 461 ton yük çatdırıb.

Bu müddət ərzində Malta bayraqlı gəmilərlə Türkiyə limanlarına 309 min 234 ton yük çatdırılıb. 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarına Maltadan 47 min 478 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Türkiyə limanları 36 milyon 684 min 911 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 965 min 1 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 719 min 910 ton olub.

Bununla yanaşı, 2024-cü ilin mart ayında Türkiyə limanlarından 5 milyon 699 min 607 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 102 milyon 714 min 524 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 7 milyon 704 min 473 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 95 milyon 10 min 51 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanlarından 16 milyon 857 min 351 ton transit yük daşınıb.

2024-cü ilin mart ayında Türkiyə limanları 4 min 834 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 324, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 510 olub.

2024-cü ilin yanvar-mart aylarında Türkiyə limanları 13 min 718 gəmi qəbul edib.

"Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 9 min 372, Türkiyə bayrağı altında olan gəmilər isə 4 min 346 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti