...

İstanbulda UEFA-nın iki final matçı keçiriləcək

Dünya xəbərləri Materials 23 May 2024 07:24 (UTC +04:00)
İstanbulda UEFA-nın iki final matçı keçiriləcək

Bakı. Trend:

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib.

Avropa Liqasının həlledici görüşü "Tüpraş" stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti