...

Rusiyada daha bir yüksək rütbəli zabit saxlanıldı

Dünya xəbərləri Materials 23 May 2024 20:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyinin daha bir yüksək rütbəli zabiti saxlanılıb.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin Müdafiə Sifarişlərinin Təchizat Departamentinin rəhbəri Vladimir Verteletski rüşvət almaqda şübhəli bilinir.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin 2 ay müddətinə həbs olunub. Baş Qərargah rəisinin müavini 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 58-ci Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan Popov da irimiqyaslı dələduzluq işi üzrə həbs edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti