...

Türkiyə BRICS-ə üzv olmaq niyyətindədir

Dünya xəbərləri Materials 4 İyun 2024 14:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Çinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq.

"Təbii ki, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilirik. Rusiyada keçiriləcək BRICS nazirlərinin görüşündə iştirak etməyi gözləyirik", - o bildirib.

Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti