...

Avstraliya Qəzzaya humanitar yardımın alınması üçün 6,6 milyon dollar ayıracaq

Dünya xəbərləri Materials 12 İyun 2024 05:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya Qəzza zolağının sakinləri üçün humanitar yardım almaq üçün əlavə 6,6 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq bildirib.

"Vəsait Qəzzada aclıqla üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına gedəcək", - deyə açıqlamada qeyd olunub.

P.Vonq qeyd edib ki, Kanberra bu günə qədər Fələstin anklavının əhalisi üçün ərzaq, su və zəruri malların alınması üçün 47 milyon dollardan çox vəsait ayırıb və “bölgəyə əlavə dəstək verməyə hazırdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti