...

Avro-2024 Almaniyaya 1 milyard dollar gəlir gətirə bilər

Dünya xəbərləri Materials 14 İyun 2024 14:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avro-2024-ə ev sahibliyi Almaniyaya böyük məbləğdə gəlir gətirə bilər.

Trend xarici mətbuata istinadən xəbər verir ki, qitə çempionatının ölkəyə 1 milyard ABŞ dolları qazandıracağı proqnozlaşdırılır. Burada əsas amil kimi Almaniyaya turist axınının artması göstərilib.

Qeyd edək ki, Avropa çempionatına Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Açılış matçı Almaniya və Şotlandiya yığmaları arasında olacaq. Münhen şəhərində yerləşən “Alyants Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti

Xəbər lenti